Bir menstruasiyanın ilk günündən növbəti menstruasiyanın başlamasından öndəki günə qədər olan bir dövr menstrual tsikl (aybaşı dövrü) adlanır.
Qadınlarda menstrual tsiklin müddəti müxtəlif olur. Əksər hallarda bu tsikl 26-28 gün olur.
Bəzi hallarda onun müddəti 21 günə qədər azala və ya 38 günə qədər uzana bilər. Hər bir qadının öz menstrual tsiklinin müddətini bilməsi vacib hesab edilir.
Menstrual tsiklin müddəti süni uşaqsalma əməliyyatından sonra 3 ay müddətində, doğuşdan sonra 1 il müddətində və həmçinin 40 yaşından sonra qadın orqanizmi preklimaks (aybaşının kəsilməsindən öncəki) dövrünə hazırlaşarkən pozulmuş olur. Menstrual tsiklin müddəti heç bir səbəb olmadan bir neçə ay ərzində xeyli dəyişmış olarsa, tez bir zamanda həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Çünki bir çox hallarda bu cür pozğunluq qadın cinsiyyət üzvlərinin müxtəlif (bəzən çox ağır) xəstəliklərinin əlaməti ola bilər.
Menstrual tsikl - hər bir tsikldə təkrarlanmaqla bir-birini əvəz edən bir neçə mərhələdən ibarətdir – yumurta hüceyrəsinin yetişməsi mərhələsi, ovulyasiya mərhələsi, mayalanma və ya mayalanma baş vermədikdə isə menstrual qanaxma (və ya menstruasiya) mərhələsi.
Saglamolun.Az