Silikon implantlarla bağlı şok gerçək üzə çıxdı - Saçları tökülən, şüuru bulanan yüzlərlə qadın...

Sinələrinə silikon implant qoyduran qadınlarda yeni bir xəstəlik peyda olub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər əməliyyatdan bir neçə il sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşən qadınlara "silikon implant xəstəliyi" diaqnozu qoymağa başlayıblar.

Belə xəstələrdə əsasən yorğunluq, sinə ağrısı, saç tökülməsi, baş ağrısı, yuxu pozğunluğu, şüurun bulanması və işığa qarşı həssaslığın artması müşahidə olunur. Ancaq hələ də bu xəstəliyin əlamətləri həkimlər tərəfindən tam dəqiqləşdirilməyib.

Üstəlik bəzi həkimlər bu problemlərə silikon implantın səbəb olduğunu sübut edən heç bir fakt olmadığını dilə gətirirlər.

Bu barədə araşdırmaların aparıldığı Böyük Britaniyada belə hələlik rəsmi olaraq xəstəlik statusu almayıb. Buna səbəb isə silikon implant ilə müşahidə olunan sağlamlıq problemləri arasında birbaşa əlaqənin elmi sübutunun olmamasıdır. Ən qəribəsi isə odur ki, bu cür hallarla qarşılaşan qadınlar silikonu çıxartdırsa da, əvvəlki sağlam həyatına qayıda bilmir. (yeni sabah)

Qeyd edək ki, sözü gedən əməliyyat B.Britaniyada ən çox edilən estetik növüdür. Hər il təxminən 8 min qadın bu əməliyyata üz tutur. 

Saglamolun.Az