Aytən Səfərovanın qardaşı faciəvi şəkildə vəfat edib - VİDEO

Pozitiv görməyə adət etdiyimiz tanınmış teleaparıcı Aytən Səfərovanın efirdə ağlayıb.

Sakinlər BAKU.WS xəbər verir ki, ATV-nin "Üçümüz" verilişinin qonağı olan Səfərova tamaşaçının ona ünvanladığı "Elə bir möcüzə olsaydı ki, qapını açırsız və Arazı görürsüz. Ona ilk sualınız nə olardı" sualını oxuyub göz yaşı töküb.

"Mən Rusiyada böyümüşəm. Balaca qardaşım Araz orada çayda batıb. Onu anamın doğum günündə tapıb gətirdilər. Qapını açıb Arazı görsəydim, ondan heç nə soruşmazdım. Qucaqlayardım, bir də buraxmazdım.

Mən bilirəm övlad itirən valideyn 1 həftə ərzində necə qocala bilər. O vaxtdan anam xəstədir. Allah heç bir valideynə öz övladınının tabutunu daşımaq qismət etməsin. Bu dəhşətdir, çox qorxuludur. Ağlaya da bilmirik. Yuxumuza gəlib deyir ki, 1 həftə suda qalmışam, siz ağlayanda da yerim yaş olur.

Bir günə görə - 7 iyul 1989-cu ilə görə gələcəyimi qurban verərdim və həmin gün Arazı evdən çölə qoymazdım".  

Aytənin söylədikləri aparıcıları da ağladıb.

Saglamolun.Az