Soyuqdəymədən qorunmaq üçün bunları edin - Professordan tövsiyələr

Son günlər havaların  kəskin dəyişməsi insanların səhhətinə təsirsiz ötüşmür.

Atmosfer təzyiqinin dəyişkənliyi, ürək-damar xəstələrinə mənfi təsirini göstərir. Soyuq hava kütləsi ənənəvi qripin, müxtəlif virusların artmasına səbəb olur.  

Belə havadan şikayətlənənlərin sayı çoxalıb. Həkimlər isə fərqli düşünürlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a deyib ki, havaların qəfil dəyişməsi o qədər də təhlükəli deyil: “Sağlam orqanizmin hava şəraitinə adaptasiya prosesi çox güclü olur. Yəni sağlam insan üçün heç bir təhlükə yoxdur. Bir şərtlə ki, insanlar özlərini qorusunlar, qidalarına, geyimlərinə fikir versinlər. Həmçinin bədəndəki qanın işləməsi, immunitetin güclənməsi baxımından idmanla məşğul olmaq da məqsədəuyğundur”.

Professorun sözlərinə görə, adətən xəstəlik yoluxma yolu ilə bir insandan digərinə keçir: “Son vaxtlar insanlar hər xəstəliyə qrip deyirlər. Əslində qripdən çox, soyuqdəymə halına rast gəlinir və yuxarı tənəffüs orqanlarının tutulması ilə müşayiət olunur. Bir də görürsən ki, bir insanın xəstələnməsi, o cümlədən soyuqdəymə nəticəsində sonradan onlarla insan xəstəliyə yoluxur. Bunun qarşısını almaq üçün hər iki tərəf ehtiyatlı olmalı, ictimai yerlərdə maska ilə gəzməlidir. Yəni insanlar təkcə özlərini yox, ətrafdakıları da düşünməlidirlər".

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar