Загрузка...

Şəkərin kəskin düşməsi zamanı İLK YARDIM

Qlükoza orqanizmin əsas enerjı mənbəyi, "yanacağı"dır. Beyin hüceyrələrinə qlükoza xüsusilə lazımdır.

Qlükozanın çatışmazlığı zamanı "hipoqlikemiya" inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla hətta ölümlə nəticələnə bilər.

Şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:

- kəskin aclıq

- halsızlıq və yorğunluq

- titrəmə

- soyuq tər

- ürəkdöyünməsinin tezləşməsi

- patoloji qorxu

- görmənin pozulması

- dil və dodaqların keyiməsi.

Əgər xəstəyə vaxtında kömək edilməzsə, insan özündən gedə bilər və onda hipoqlikemik koma inkişaf edə bilər.

Hipoqlikemiyanın əsas səbəbləri:

- insulinin düzgün yeridilməməsi və ya artıq dozada yeridilməsi

- qida qəbulları arasında uzun fasilələr, qəbul etdiyi qidalarda karbohidratların az olması

- güclü fiziki gərginlik və ya güclü stress

- spirtli içkilərin qəbulu (xüsusilə çoxlu miqdarda və acqarına)

- kəskin infeksion xəstəliklər, hərarətin artması

- hamiləlik (xüsusilə hamiləliyin əvvəlində)

- cərrahi əməliyyat

- böyrək və ya qara ciyər çatışmazlığı.

Koma çox tez inkişaf edə bilər (bir neçə dəqiqə ərində). Bu səbəbdən ətrafdakıların xəstəyə tez və düzgün kömək etməyi çox vacibdir. Bundan xəstənin tək sağlamlığı deyil, həyatı da asılı ola bilər.

Hipoqlikemik koma tək şəkərli diabet zamanı deyil, insulinoma (insulin ifraz edən  toxumasının şiş xəstəliyi) zamanı da baş verə bilər. İnsulinoma zamanı koma qəfildən baş verir.

Hipoqlikemiyanın ilk simptomlarında ailənin bir üzvü dərhal "təcili yardım" çağırmalı, digərləri isə xəstəyə kömək etməlidir.

Xəstəyə dərhal 2 tikə şəkər, 1 qaşıq bal və ya şirin mürəbbə, peçenye vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 tikə şəkər qoyun, xəstəni böyürü üstə uzandırın (xəstədə qusma inkişaf edə bilər).

Adətən 5-10 dəqiqə ərzində xəstənin vəziyyəti düzəlməlidir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /166

Яндекс.Метрика