Xose Bernardo bıçaqlandı

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bıçaq yarası ilə xəstəxanaya çatdırılan Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. APA-nın məlumatına görə, onun vəziyyəti qənaətbəxş olub.

X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Saglamolun.Az