Bu dərmanları almayın! Heç bir xeyri yoxdur

Bazel Universitetində (İsveçrə) çalışan alimlər sübut edirlər ki, öskürəyi dərman preparatları ilə müalicə etməyin heç bir faydası yoxdur.

Alimlərin sözlərinə görə, soyuqdəymədən sonra qalan öskürək 3 həftədən 8 həftəyə qədər tədricən keçir. Belə öskürək adətən heç bir təhlükə yaratmır.

Lakin xəstələr məhz belə öskürəyə görə tez-tez həkimlərə müraciət edir və həkimlər adətən onlara müxtəlif sirop, həb və s. öskürək əleyhinə preparatları təyin edirlər.

Alimlər 724 pasiyentin iştirakı ilə aparılan 6 elmi araşdırmanın nəticələrini  araşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, soyuqdəymədən sonra qalan öskürək zamanı heç bir dərman effekt vermir.

Saglamolun.az xəbər verir ki, araşdırmalar zamanı öskürəkdən əziyyət çəkən iştirakşıları 2 qrupa bölürdülər. Bir qrup öskürək dərmanı, digəri plasebo (boş həb) qəbul edirdi. Nəticədə məlum olub ki, heç bir dərman xəstənin sağalmasını sürətləndirmirdi və vəziyyətini yaxşılaşdırmırdı. Öskürək özü özündən bir neçə həftədən 2 aya qədər müddət ərzində keçirdi.

Bundan əlavə 14% xəstələrdə öskürək dərmanı yanaşı təsirlərə səbəb olub - baş ağrısı, ürəkbulanması, sinədə ağrılar və s.

Həkimlər qeyd edir ki, soyuqdəymə xəstəliyindən sonra qalan öskürək 8 həftədən çox sürdükdə, bəlğəmdə qan izləri, sinədə ağrılar əmələ gəldikdə mütləq həkimə müraciət etmək lazımdır.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...
Pərvin Mikayılzadə

Pərvin Mikayılzadə

Ginekologiya

Mama-ginekoloq İş stajı – 20 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика