Novosibirsk şəhərinin (Rusiya) sakini Eva Posoxova 5 ay ərzində 42 kq arıqladı. 16 yaşında Evanın çəkisi artıq 116 kq-a çatıb.
Bunun səbəbi hormonal pozulmalar və səhv qidalanma idi.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, kollecə qəbul olunandan sonra Eva həyatını dəyişməyə qərar verib. İlk növbədə qız qidalanmada ciddi dəyişikliklər edib. Eva daim gecə saatlarında yemək yeyirdi və bu da çəkinin artmasına gətirib çıxardırdı. Məqsədinə çatmaq üçün Eva axşam və gecə saatlarında yeməkdən imtina etdi, yağlı, qızardılmış yeməkləri, çörəyi qidalanmadan kənarlaşdırdı, daha çox tərəvəz və meyvələrə üstünlük verirdi.
5 aydan sonra qızın çəkisi 74 kq olub. Eva etiraf edir ki, bu çəkidə qalmaq asan deyil. “Mən daim qidalanmama ciddi nəzarət edirəm. Zəiflik göstərən kimi çox tez kökəlirəm”.
Saglamolun.Az