Pul ağacının sağlamlığımıza saysız faydaları

Pul ağacı xalq təbabətində müxtəlif xəstəlik və pozulmalar zamanı geniş istifadə olunur.

Onun güclü iltihabəleyhinə xüsusiyyətləri var.

Pul ağacı yarpaqlarının şirəsi varikoz xəstəliyi və dəridə iltihablar zamanı yaxşı kömək edir. Şirəni sıxandan sonra, tənzifə hopdurun və zədələnmiş damarlar üzərinə kompres şəklində qoyun. Dəridə sızanaqlar varsa gündə bir neçə dəfə nöqtəvi şəkildə sızanaqların üzərinə çəkin.

Saglamolun.az bildirir ki, pul ağacı flavonoidlərlə zəngin olduğundan havanı yaxşı təmizləyir. Mütəxəssislər bitkini yataq otağında, iş yerinin yanında saxlamağı tövsiyə edirlər.

Böyrək iltihabları zamanı 1 çay qaşığı xırdalanmış yarpaqların üzərinə 1 stəkan qaynar su tökün, 1 saat dəmləyin, sonra süzün və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdən 15 dəqiqə qabaq qəbul edin. Müalicə kursu – 10 gün. Sonra 1-2 həftə fasilə verin və müalicəni təkrarlayın. By resept həmçinin mədə-bağırsaq sistemi iltihabları zamanı çox yaxşı kömək edir.

Oynaq, bel ağrıları zamanı pul ağacının yarpaqları xırdalanır, alınmış kütlə tənzifin üzərinə çəkilir və bu kompres ağrıyan yerə qoyulur. Kompresi axşamdan səhərə kimi saxlayın, sonra dərini su ilə yuyub krem çəkin.

Dodaqlarda herpes zamanı pul ağacının şirəsi yaraya nöqtəvi şəkildə çəkilir. Bir neçə dəfə istifadə etdikdən sonra yara kiçilir və yox olur. Angina, boğaz iltihabı, faringit zamanı yarpaqlardan sıxılmış şirə su ilə barabər şəkildə durulaşdırılır və gündə 3-4 dəfə qarqara edilir.

Nəzərə almaq lazımdır ki, pul ağacının tərkibində az miqdarda olsa da zəhərli maddələr var. Bu səbəbdən təyin olunan dozanı aşırmaq olmaz.

Saglamolun.Az