Uşaqlara balıq yağı, immunitet dərmanları verməyin - Professordan xəbərdarlıq

Dərman bazarı bərbad gündədi. Vətəndaşlar da dərmanların keyfiyyətindən narazılıq edir.

Pediatr Vaqif Qarayev sosial şəbəkə vasitəsilə əhalini dərmanlarla ehtiyatlı olmağa çağırıb: “Balıq yağı, İmmunitet dərman(lar)ı... Hər gün, hamılıqla xahiş (tələb) edirlər.

Unudun da bunları. Pulunuzu havayı yerə xərcləməyin! Faydasız nəsnələrdi! Nadir hallarda balıq yağına göstəriş var.

Balığın özünü verin uşaqlara. Bu mifdən xilas olmaq lazımdı! Satışda olan immunitet "dərmanlarından" uzaq olun, köməyi yoxdur!”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq”ə açıqlamasında həmkarının çağırışının vacib məqamları özündə əks etdirdiyini dedi:

- Dərman bazarındıkı xaotik vəziyyət, birincisi, qanunlardakı boşluqlardan, ikincisi, səhiyyə sistemində islahatların yarımçıq qalmasından qaynaqlanır. Dərmanların dövlət reyestri, dövlət farmako-nəzarəti yoxdur. Satışda keyfiyyətsiz dərmanlar doludur.

Televiziyalarda həkim, dərman reklamları qadağan olunmalıdır. Dünyanın heş bir ölkəsində televiziyada dərman, həkim, klinika reklamı aparılmır. Bizdə isə əksər proqramların sponsoru klinikalar, dərman şirkətləridir. Bunlar hamısı korporativ maraqlara xidmət edir. Kimlərsə bu reklamlardan pul qazanır. Ziyan görən isə əhalidir. Mən ümumiyyətlə həkimin efirə çıxıb özünü reklam etməsini biabırçılıq sayıram. Peşəsinə hörmət edən həkim buna getməz.

Balıq yağına gəlincə, A.Qeybulla bildirdi ki, balıq yağı dərmanları bu yağın rafinə olunmuş halıdır və dərman formasında istehsal edilir. Amma nə dərəcədə keyfiyytəlidir, bilinmir. İstər balıq yağı olsun, istərsə də digər dərman əvəzediciləri əsas məsələ keyfiyyətin yoxlanmasıdır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...

 


Яндекс.Метрика