Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən REAKSİYA

"Urinoterapiya (sidiklə müalicə üsulu – red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Medicina.az-a deyib. O, müsahibəsində bildirib ki, 20 ildir bu müalicə üsulundan istifadə edir və 10 yaşınadək olan uşaqların sidiyini qəbul edir. Xalq artistinin bu çıxışı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Mövzu ilə əlaqədar qastroenteroloq-hepatoloq-endoskopist Dr. Ülvi İbrahimov Publika.az-a açıqlama verib. O bildirib ki, tibbin inkişaf etdiyi bir dövrdə sidik yolu ilə müalicə üsuluna ehtiyac yoxdur:

“Bunun qəti əleyhinəyəm, tibbi-nöqteyi nəzərdən heç bir sübutu yoxdur. Bu mövzuda genişmiqyaslı elmi araşdırmalar aparılmayıb. Əldə olunan nəticələr yetərli deyil, tibbi nöqteyi-nəzərdən heç bir sübutu və dəqiqliyi yoxdur.

Urinoterapiya digər ölkələr də var, xüsusilə Hindistanda daha çox istifadə edilir. Lakin bu, mübahisəli məsələdir. Sidiklə müalicəni hər insan istifadə edə bilməz, mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Bu dərəcədə ağır fəsadları ola bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır”.

Mütəxəssis daha sonra əlavə edib ki, bu gün hər bir xəstəliyin müasir müalicə protokolları mövcuddur:

"Hesab edirəm ki, sidiklə müalicə üsuluna heç bir ehtiyac yoxdur. Sadəcə bəzən çarəsiz qalaraq bu yola müraciət edirlər. Amma bunun özü təhlükəlidir. Çünki çarəsiz qalan insanlar normal vəziyyətdə deyil, sağlamlığın orta ağır olduğu halda bu üsuldan istifadə edir. Nəticədə, əks problemlər meydana gəlir. Yaxşı olardı ki, urinoterapiya həkim mədə-bağırsaq sistemini yoxladıqdan və hər hansı əks-göstəriş olduğunu yoxladıqdan sonra, həkim məsləhəti ilə və xalq təbabəti ilə məşğul olan həkimlər tərəfindən həyata keçirilsin”.

Xatırladaq ki, Xalq artisti müsahibəsində urinoterapiyanın faydalarını belə ifadə edib:

"Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”.

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:

"İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. "Qaynanmış urino” deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda. Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən”.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...

 


Яндекс.Метрика