Plastmas qablar hamilələr və uşaqlar üçün TƏHLÜKƏLİDİR

Amerika Mikrobiologiya Birliyi 2 illik araşdırmalarının nəticəsində bəyan edib ki, plastmas qablar və qaşıqlar hamilə qadınlar, körpələr və uşaqlar üçün təhlükəlidir.

Medicina.az bildirir ki, qurumun bəyanatına görə, qida plastikasının tərkibində olan Bisfenol A adlı maddə mədə-bağırsaq sisteminin mikroflorasını pozur, təhlükəli birləşmələr əmələ gətirir.

Bisfenol A ötən əsrin 60-cı illərindən sənayedə istifadə olunan kimyəvi maddədir.

Tərkibində bu maddə olan qablarda qida saxlamaq, yemək, xüsusən qaşıqdan istifadə bu maddənin orqanizmə keçməsinə zəmin yaradır. Hamilə qadınlar bu qablardan istifadə edərsə maddə dölə də, doğulacaq uşağın mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Bisfenol A bir neçə növ bakteriyaların bölünüb çoxalmasına da səbəb olur.

Alimlər Bisfenol A-nın təsirindən yaranan disbiozun sonradan bağırsaq və qaraciyərin xroniki iltihabına kimi səbəb ola bilər. Ona görə hamilə qadınlar və yeni doğulmuş və 6 yaşına kimi uşaqlar plasmas qablar, qaşıqlar, konteynerlərdən maksimum uzaq qalmalıdırlar. Plastmas qablar şüşələrlə əvəz edilməlidir.

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...

 


Яндекс.Метрика