Soyuq havanın isti yeməyi - Xaşın hansı faydaları var?

Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Məsələn, Türkiyədə, İranda kəllə-paça adı ilə məşhurdur.


Sağlamolun.az bu dəfə xaşın faydalarından bəhs edəcək:


Bol enerji: Yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol enerji verir.


Xaş uşaqlar üçün də faydası: Xaşın tərkibindəki maddələr inkişaf mərhələsində olan uşaqlar üçün çox faydalıdır.


Xərçəng xəstələrinə təsiri: Xərçəng xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var. Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın tərkibində boldur. Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq şorbasında olur.


Sümüklərin gücləndirilməsi: Sümüklərin güclənməsində xaşın böyük əhəmiyyəti var. El arasında da çox istifadə olunan “qolun sınıb, xaş ye” sözləri də buna sübutdur.


Çəki artımı: Kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət görülür.


Soyuqvurma: Xaş soyuqvurmadan əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir. Xaşı bir növ vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir.


Ağrıları aradan qaldırır: Xaş sümükləri gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır.


Qan azlığı: Qan azlığından əziyyət çəkənlər də tez-tez xaş yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar.


Dəri problemi: Davamlı olaraq xaş yeyən insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür.


Qeyd edək ki, xaş Omega-3 baxımından da olduqca zəngindir.


Eyni zamanda xaşın yanında limon, sarımsaq, turp kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium, maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problemləri aradan qaldırır.

Saglamolun.Az