Agentlik sədri sexlərdən danışdı: Beş manata nehrə yağı olar?

Cənub rayonlarında altı süd emalı müəssisəsinin məhsulları ilə bağlı aparılan yoxlamanın nəticələri artıq bəllidir.

“Nehrə yağı” adı altında Azərbaycanın müxtəlif regionlarında satışa verilən keyfiyyətsiz qidanın tərkibində müxtəlif qarışıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beş manata nehrə yağı olmur:

“Həmin müəssisələrə sahibkarlıq strukturu demək olmaz, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında qalan sakinlər trans yağların qatılıb “nehrə yağı” adı altında satıldığını bilsələr də, bizə və hüquq-mühafizə orqanlarına məlumat vermirlər. Yəni ictimai nəzarət də olmalıdır”.

Q.Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib:

“Məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir”.

Sədr son günlər fəaliyyəti məhdudlaşdırılan sexlər barədə də danışıb. O bildirib ki, həmin sexlərin fotolardan da nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür:

“Bəzi faktlar var ki, onlar cinayət tərkiblidir. Məsələn, toyuğun üzərinə ayaqqabı boyası və digər kimyəvi maddələr sürtüb kənd çolpası adı altında satılması cinayətdir. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar insan sağlamlığı üçün kifayət qədər zərərlidir.

Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşahidə olunan hər hansı istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...

 


Яндекс.Метрика