Xərçəng heç də müasir dövrün xəstəliyi deyilmiş

Ətraf mühitin çirklənməsi xərçəngin yayılmasının əsas səbəbi deyil.

Xərçəng uzun müddət müasir dövrün xəstəliyi sayılıb. Lakin son dövrlərdə onun izləri qədim Misir mumiyalarında, neandertal adamlarının və hətta dinozavrların sümüklərində aşkar edilir. Elə bir təəssürat yaranır ki, planetimizdə çoxhüceyrəli orqanizmlər yaranandan bəri xərçəng onlara “yoldaşlıq” edib.

RİA Novosti mövzuya həsr etdiyi məqalədə xərçəng xəstəliyinin tapılmış ən qədim nümunələrindən danışıb.   

Skif padşahının xəstəliyi

2001-ci ildə Rus arxeoloqları Tuvada “padşahlar vadisində" yaşı 2500 ildən çox olan skif kişi və qadınını qəbrini aşkar etdilər. Qəbirdə 20 kiloqramdan çox qızılın olması dəfn olunmuş kişi və qadınını yüksək sosial statusa malik olduğunu göstərirdi.

Tapıntıdan 6 il sonra kişinin skeletinin səthini demək olar ki, bütövlükdə əhatə edən qara mikroskopik nöqtələr mütəxəssislərin diqqətini cəlb etdi. Sümüklərin aparılmış analizi göstərdi ki, bu qara nöqtələr əslində ilkin bədxassəli şişdən ayrılmış və orqanizmin müxtəlif yerlərində xəstəliyin yeni ocaqlarının yaranmasına (metastaz) səbəb olmuş xərçəng hüceyrələrinin izləridir. 

Alimlər skif padşahının xərçəngdən, daha dəqiq desək prostat xərçəngindən öldüyünü aşkar ediblər.

1,7 milyon yaşlı şiş

Bədxassəli şişlərin və metastazların izləri 2250 il əvvəl dəfn olunmuş Misir mumiyalarında, Cənubi Amerika inklərində, qədim romalılarda və orta əsr ingilislərində də aşkar edilib.

2013-cü ildə ABŞ alimləri Krapina mağarasında (Xorvatiya) tapılmış neandertal adamının qabırğa sümüyündə xərçəng aşkar etdilər. Qalıqların yaşının 120 min il olduğu bildirilirdi. Alimlərin fikrincə, xərçəng xəstəliyi ACVR1 genində qırılma nəticəsində baş verən fibroz displaziya nəticəsində yaranıb. Yəni onkoloji xəstəlik irsi xarakter daşıyıb və buna görə də güman edilir ki, ətraf mühitin çirklənməsi xərçəngin yayılmasının heç də əsas səbəbi deyil.

2016-cı ildə Svartkrans mağarasında (CAR) insan xərçənginin ən qədim nümunəsi sayılan osteosarkomanın izlərini aşkar etmiş britaniyalı və afrikalı alimlər də eyni fikirdədirlər.     

Qeyd olunur ki, xəstəlik 1,7 milyon il bundan əvvəl yaşamış və homo sapiens-in əcdadlarından biri hesab edilən australopithecus sediba-nın ayaq və ayaq barmaqlarında yayılıbmış     

Mezozoyun xəstəlikləri

Qeyd edilənlərdən savayı dinozavr sümüklərini tədqiq etmiş ABŞ paleontoloqları yüzə yaxın ördəkburun dinozavrda onkoloji xəstəlik əlamətlərini aşkar ediblər.

Bədxassəli şişin izləri hətta 240 milyon il əvvəl yaşamış pappochelys rosinae tısbağasının sümüklərində də aşkar edilib. Araşdırmalar göstərdi ki, tısbağa xərçəngin osteosarkoma növündən əziyyət çəkirmiş. Hazırda bu bədxassəli şiş insan və heyvanlarda ən çox müşahidə olunan sümük xərçəngi xəstəliklərindən biridir.       

Ən qədim xərçəng xəstəliyi isə Vaşinqton Universitetinin paleontoloqları tərəfindən aşkar edilib.         

Alimlər 255 milyon il əvvəl yaşamış terapsidlər (heyvana bənzər kərtənkələ) dəstəsinə aid olan qorqonopsların kəllə sümüyündə tədqiqat apararkən diş toxumasının xoşxassəli şişi sayılan odontoma ilə qarşılaşıblar.               

Bu cür törəmələr insan damağında və dişlərində də əmələ gəlir və adətən ağrısız keçir, çənənin normal fəaliyyətinə mane olmur. Lakin onların əmələ gəlməsi sonradan bədxassəli şişlərin yaranması ehtimalının olduğunu göstərir.

Bütün bu deyiləndən elə bir təəssürat yaranır ki, planetimizdə çoxhüceyrəli həyat yaranandan bəri müxtəlif növ şişlər onu müşayiət edir.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика