İstirahət gününə olan hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz  33-35°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı - 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz 35-45 % olacaq.  

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz  olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-38° isti, dağlarda gecə 13-18° isti,  gündüz 24-29°  isti təşkil edəcək.

Saglamolun.Az