Arı və digər həşəratların məhvi hər il dünyada əlavə 1,4 milyon insanın ölümünə səbəb ola bilər.
Sherg.az "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu barədə "The Lancet” jurnalında alimlərin maraqlı bir məqaləsi dərc olunub.
Yazıda qeyd olunur ki, arılar və digər həşəratların varlığı insanın yaşamında mühüm rola malikdir. Əgər arıların və həşəratların sayı kəskin azalarsa, bu, dünyada insan ölümlərinin 3 faiz artmasına səbəb ola bilər.
Çünki arı və digər həşəratların məhv olması A və B9 vitamin çatışmazlığını yaradacaq ki, bu da insanlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olacaq.
Bu vitamin çatışmazlığı hamilə qadınlar və uşaqlar üçün daha ağır xəstəliklərə yol aça bilir. Bundan başqa ürək xəstəlikləri və xərçəngin bəzi növlərini yarada bilir. Hətta A və B9 vitamini çatışmayan insanların gözlərində də problemlər yaranır, əsəb sistemləri pozulur.
Məqalədə qeyd olunur ki, dünyada 71 milyon insan A vitamini çatışmazlığından əziyyət çəkir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bu hal mövcuddur. 71 milyon insan A vitamini çatışmazlığından əziyyət çəkir. 173 milyon insanda isə B9 vitamini çatışmır.
Saglamolun.Az