Ayağımın biri qısadır... - Ölümlə üzbəüz qalan azərbaycanlı məşhur - FOTO

Maksimum neçə dəqiqə ayaqüstə dayana bilirsiniz?

Milli.Az xəbər verir ki, bu sualla "Şou ATV"nin aparıcısı Nanə Ağamalıyeva səhhətində ciddi problemlər yaşayan məşhur aşıq Ədalət Dəlidağlıya müraciət edib.

Ədalətin etirafları studiyadakıları qəhərləndirib:

"Toylara gedəndə, camaatdır... Kim nə bilir kim nə çəkir! Ağrılarım var. Qıçımın da biri gödəkdir deyə, sol qıçıma ağırlıq düşür. O da vurur ürəyimə. Canımı dişimə alıb dayanmağa çalışıram. Gəlib evdə görürəm ki, qıçlarım şişib. Bir toya gedirəm, 3-4 gün ağrısından heç hara çıxa bilmirəm".

Xatırladaq ki, məşhur aşıq son açıqlamasında "Bir ayda 3 dəfə əməliyyat olundum. Ölümlə üzbəüz qaldım. Allahın bəlasıdır, mənim omba sümüyüm doğrandı, iliyim doğrandı. Sonra bağırsaqlarımda, ürəyimdə, ödümdə problemlər çıxdı" etirafı ilə hər kəsi məəttəl qoymuşdu.

Saglamolun.Az