Qrippin qarşısını almaq üçün hər gün evə qayıdanda...

Soyuq fəsillərdə insanlar daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə yoluxur. Bu xəstəliklərin qarşısını almaq üçün sadə və çox effektli vasitələr mövcuddur.

Bu vasitələrdən biri burun-udlaq nahiyəsinin və ağız boşluğunun duzlu su ilə yuyulmasıdır. İnfeksiyalar orqanizmə əsasən burun və ağızdan daxil olur.

Saglamolun.az xəbər verir ki, burun-udlağın və ağız boşluğunun duzlu su ilə yuyulması bura düşən mikrob və virusları mexaniki olaraq yuyub aparır, yerli immuniteti gücləndirir, damarları möhkəmləndirir.

Hər gün işdən və ya hər hansı ictimai yerdən (dükan, ictimai nəqliyyat, kinoteatr və s.) evə qayıtdıqda duzlu məhlulla burun-udlaq və ağız boşluğunu yaxşı yuyun.

Məhlul hazırlamaq üçün 1 stəkan 36-37 C temperaturunda olan qaynanmış suya yarım çay qaşığı adi xörək duzu əlavə edin, yaxşı qarışdırın ki, duz tam ərisin.

Daha sonra suyu kiçik "sprinsovkaya" və ya 20 ml-lik iynəsiz şprizə yığın və burun-udlaq nahiyəsini yuyun. Bunun üçün başınızı aşağı əyin, bir qədər yana şevirin və suyu yuxarıda olan burun deşiyinə tökün. Su digər burun deşiyindən və ağızdan töküləcək. Daha sonra o biri burun deşiyini yuyun. Sonda ağız boşluğunu yaxşı qarqara edin.

Bu proseduranı gündə bir neçə dəfə edin.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика