Ramazan ayı BU TARİXDƏ başlayacaq - AÇIQLANDI


Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Redaktor.az-ın məlumatına görə, Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

May ayının 5-dən 6-a keçən gecə isə niyyət gecəsi olacaq. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.

Saglamolun.Az