Azərbaycanın və SSRİ-nin xalq artisti Elina Bıstritskaya 91 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Malıy teatrın" mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, son illər aktrisa ağır xəstəlikdən əziyyət çəkib. Bıstritskaya ilə vida mərasiminin vaxtı və dəfn yeri daha sonra elan ediləcək.
Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb.
Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğuldur. 1950-ci ildən kinoya çəkilir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindəndir. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. Azərbaycanın xalq artistidir. Habelə Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının xalq artistidir (1966). SSRİ xalq artistidir (1978). O, 1991-ci ildə rejissoru Rasim Ocaqovun olduğu "Qətldən yeddi gün sonra" filmində də çəkilib.
Saglamolun.Az