7-ci sinif şagirdinin təhqir edildiyi məktəbin direktoru danışdı: Müəllim tənbehlənib

"Müəllim Sevinc Əzimova ilə arasında yaşanan insidentlə bağlı məktəbimizin 7-ci sinif şagirdi ilə həm məktəbin psixoloqu, həm də mən özüm söhbət eləmişəm.

Uşağın valideynləri də polisdəki şikayətlərini geri götürüb, gəlib məktəbdə müəllimlə də danışıb, barışıblar”.

Bunu Bakupost.az-a açıqlamasında 205 saylı orta məktəbin direktoru Xoşqədəm Bağırova deyib.

Direktor bildirib ki, 7-ci sinif şagirdinin valideynləri məsələ ilə bağlı onlara şikayət etdikdən sonra dərhal məktəbdə müəllim və valideynlərin də iştirakı iclas keçiriblər: "Biz məktəb daxilində həm müəllim, həm də bu məsələdə adı çəkilən şagirdimizlə bağlı bütün tədbirləri gördük. Uşağımızla məktəbin psixoloqu da söhbət etdi. O özü də narahatdır ki, bu məsələ necə olub, mətbuata çıxıb”.

X.Bağırova onu da deyib ki, sözügedən məsələ ilə bağlı müəllim Sevinc Əzimova tənbehlənib, ona bu barədə xəbərdarlıq edilib.

Saglamolun.Az