48 yaşlı Nadir gəncləşmək üçün Tarkanın əməliyyatından etdirəcək

Müğənni Nadir Qafarzadə plastik əməmliyyatla gəncləşmək sevgisinə düşüb. Axşam.az bildirir ki, 48 yaşlı sənətçi "ATV maqazin onlarla" verilişində bildirib ki, bunun üçün Tarkanın əməliyyatından etdirəcək:

"Bir klinika var, insanın hüceyrələrini gəncləşdirirlər. Vitaminlər əlavə edilir, ölmüş hüceyrələr dirilir. İsveçrədə yerləşir həmin klinika. Qiyməti 60 min avro, yəni 120 min manat. 50 yaşlı insanı 30 yaşa gətirirlər.

Bunu mən Tarkandan eşitmişdim. Sən dırnaqdan tutmuş hər şeyə qədər tamaşaçının gözünü oxşamalısan. 60 min avronu verməyə hələ ürəyim gəlmir, 3 otaqlı evin puludur. Gələcəkdə məni gəncləşmiş görsəniz, bilin ki, etdirdim əməliyyatı".

Saglamolun.Az




 


Яндекс.Метрика