Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı elan edildi

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

"Bank müştərisi olan vətəndaşlara bank vasitəsilə SMS göndəriləcək. Bağlanmış bankların müştərisi olan vətəndaşlar, yaxud kreditini ödəmiş və fərmanla kompensasiya alacaq vətəndaşlara "Azərpoçt” tərəfindən SMS  göndəriləcək”.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar kompensasiyanın 500 manatadək hissəsini növbəlilik prinsipi əsasında nağd, 500 manatdan yuxarı hissəsini kart vasitəsilə ala biləcəklər”.

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика