Загрузка...

Yaz depressiyasını azaldan XALQ TƏBABƏTİ vasitələri

Yazda insanların bir çoxunda depressiya əlamətləri (yuxusuzluq, səbəbsiz yorğunluq, gərginlik, həyacan, kədər, həyata marağın itməsi və s.) müşahidə olunur.

Bu əlamətlərin qarşısını almaq üçün bu kimi xalq təbabəti vasitələrindən istifadə edə bilərsiniz:

- 1 x.q. çobanyastığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için.

- 1 x.q. nanə 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və səhər və axşam 1/2 stəkan olmaqla içilir.

- Bal çox gözəl təbii antidepressant sayılır. Axşam yatmazdan əvvəl 1 stəkan ilıq südə 1 çay qaşığı bal əlavə edin, qarışdırın və qəbul edin.

- Jenşen, eleuterokokk, exinaseya çox effektli təbii antidepressantlardır. Apteklərdə tərkibində jenşen, eleuterokokk, exinaseya olan preparatlar satılır. Bu preparatlardan istifadə edə bilərsiniz. Ev şəraitində bu bitkilərin dəmləmələrini də hazırlamaq olar.

- Kök şirəsi depressiya ilə mübarizədə çox yaxşı kömək edir. Hər gün 1 stəkan təzə kök şirəsini için.

- 2 x.q. yemişan və 1 x.q. itburnu axşamdan termosda 1/2 l suda dəmləyin, səhər süzün və gün ərzində adi çay kimi için.

- Portağal şirəsi ehval-ruhiyəni yaxşılaşdırmaq xüsusiyyətə malikdir. Hər gün 1 stəkan portağal şirəsini için.

- 100 qr qara üzüm, 100 qr ərik qurusu, 100 qr qara qavalı, 1 qabıqlı limon blenderdə əzilir, 100 qr balla qarışdırılır və səhər acqarına 1 x.q. olmaqla qəbul edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика