ABŞ-ın Florida ştatında itlərin xərçəngi iyləyərək 97% nisbətdə doğru olduğunu göstərdi.
Araşdırmaçılar xərçəngin diaqnozu üçün süni zəka və digər yüksək texnologiya vasitələrini istifadə edir. Eyni zamanda Floridadakı bir cəhd, itlərə iyləyərək xərçəng diaqnozu etdirir və bu mövzuda itlərin təəccüblü dərəcədə müvəffəqiyyətli olduğunu söyləyir.
İş Bazar ertəsi günü, Floridada reallaşdırılan Həyat elmləri və Biyomedik Araşdırmalar Konfrasında, BioScentDX tərəfindən açıqlandı.
Deyerler.org bildirir ki, araşdırmaçılar bu işdə, sağlam insanlardan alınan qan nümunələri ilə pis xasiyyətli ağciyər xərçəngli insanlardan alınan qan nümunələri arasında müxtəlifliyi öyrətmək üçün dörd Beagle cinsi itdə "tıqqıltı təlimi" adı verilən bir texnika istifadə etdi. Bir mətbuat şərhinə görə, itlərdən biri olan Snaqls, iş üçün kifayət qədər motivasiya edilə bilməsə də digər üç it, ağciyər xərçəngi nümunələrinin təyin olunmasında 96,7%, sağlam nümunələrin təsbitində 97,5% düzgünlük əldə etdi.
Araşdırmaçı Hezer Cankeiraya görə elm adamları, xərçəngi təsbit etmək üçün bu bala itləri istifadə edə biləcəkləri iki yol görür. Mətbuat şərhində danışan Cankeiraya bunlardan birinin itlər üçün bir diaqnoz üsulu olaraq it qoxusu təsbitini istifadə etməsi və digərinin itlərin təsbit etdiyi bioloji mürəkkəbləri təyin etmək və daha sonra bu mürəkkəblərə əsasən xərçəng diaqnoz analizlərini hazırlamaq olması olduğunu açıqladı.
Saglamolun.Az