Bağırsaqları təmizləyən ƏN EFFEKTLİ 6 ÜSUL - MÖCÜZƏVİ NƏTİCƏ

Yoğun bağırsaqları mütəmadi olaraq təmizləmək lazımdır! Sadə vasitələri tətbiq etməklə, siz bir çox ciddi xəstəliklərdən qaça bilərsiniz.

Yoğun bağırsaq incə bağırsaqlarda bölünməyən qidalı maddələr, duz və vitaminlərə görə cavab verir. Yoğun bağırsağın fəaliyyəti pozulanda bədəndə toksinlər yığılmağa başlayır. Bu, yorğunluq, qarın köpü, qəbizlik, qaz və xroniki baş ağrıları kimi problemlər yaradır.

Sadə təbii üsullarla yoğun bağırsağı təmizləyə, zəhərli elementləri orqanizmdən xaric edə və faydalı bakteriyaların sayını asanlıqla artıra bilərsiniz. Bundan başqa, bağırsaqlar təmizləndikdən sonra özünüzü daha enerjili hiss edəcəksiniz, bədəniniz qidalı maddələr və vitaminləri daha rahat həzm edəcək.

Publika.az bu yazıda oxucuları bağırsaqları ev şəraitində təmizləyən üsullarla tanış edib.

1. Su

Kifayət qədər su içmək bağırsaqları təmizləmək üçün ən asan üsuldur. Bu, təxminən 8 stəkan təşkil edir. Müntəzəm olaraq su içdikdə zərərli tullantılar və zəhərlər bədəndən təbii şəkildə xaric edilir. Su qidanın həzm olunmasına və bağırsaqlar boyu hərəkətinə kömək edir. Bundan başqa, su bədənin nəm balansı üçün vacibdir.

2. Alma şirəsi

Müntəzəm surətdə alma şirəsi içmək zəhərli maddələri azaldır, qaraciyərin sağlamlığını, həmçinin həzm sistemini yaxşılaşdırır.

3. Limon şirəsi

C vitamini sayəsində güclü antioksidant xüsusiyyətlərə malik olan limon mədə-bağırsaq sistemi üçün əla vasitədir. Bağırsaqları təmizləmək üçün bir neçə gün limon şirəsindən istifadə edə bilərsiniz.

Bir stəkan isti suya limon şirəsi və 1 çimdik dəniz duzu əlavə edib səhər acqarına için. Bu, dərini yaxşılaşdıracaq və bədənə daha çox enerji verəcək, hətta detoksikasiya prosesini yaxşılaşdıracaq.

4. Tərəvəz smuziləri

Yoğun bağırsaqların təmizləməsi üçün birinci şərt odur ki, qızarmış və hazır məhsullardan uzaq olmalısınız. Onları yemək əvəzinə, gündə bir neçə dəfə təzə tərəvəz şirəsi için.

Xüsusilə göyərti və yaşıl tərəvəzlərin tərkibində xlorofil adlanan elementlər bağırsaqları təmizləməyə kömək edir. Meyvə və tərəvəzlərdə olan vitaminlər, minerallar, amin turşusu və fermentlər orqanizmi sağlam və enerjili edəcək.

Kök, çuğundur, balqabaq, ispanaq, kələm və s. tərəvəzləri blenderdən keçirin və alınmış smuzini gün ərzində 1-2 stəkan olmaqla için.

5. Sellülozla zəngin olan məhsullar

Lifli qida məhsullarının qəbulu zəhərləri yoğun bağırsaqdan təmizləməyə kömək edəcək. Odur ki, qida rasionuna moruq, armud, alma, brokkoli, kələm kimi təzə meyvə və tərəvəz əlavə edə bilərsiniz. Dənli və paxlalı bitkilər, həmçinin qoz da sellülozla zəngindir.

6. Yoğurt, qatıq

Qatıq bədəni sağlam saxlamaq üçün ən yaxşı üsuludur. Onda olan probiotiklər bağırsaqlarda yaxşı bakteriyalar yaradır, bağırsağın iltihab xəstəliyi ilə mübarizəsinə və həzmə kömək edir.

Saglamolun.Az




 

 

 

Epigen. İntim gigiyenada ideal seçim

 


Яндекс.Метрика