Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Trend.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.
Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.
Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Saglamolun.Az