Rusiyada bu dərman satışdan çıxarılıb

 

Rusiya Səhiyyə Sahəsinə Nəzarət Federal Xidməti tərkibində fenspiridum olan "Espirus" dərmanını satışdan çıxarıb.

AZƏRTAC bildirir ki, dərmanın həm həb, həm də maye halında olan növlərinin satışı qadağan edilib. Xidmətin yaydığı məlumata görə, Fransada aparılmış tədqiqatlar göstərib ki, dərmanın tərkibində olan fenspiridum ürək fəaliyyətində problemlər yaradır, nəbzin pozulmasına səbəb olur.

"Espirus" qrip və bronxitin müalicəsi üçün nəzərdə tutulub.

Saglamolun.Az