Dünya şöhrətli akademikdən FAYDALI RESEPT

Bu çox tanınmış reseptdir. Bu reseptin müəllifi dünya şöhrətli sovet alimi, fizik akademik A.F.İoffedir.

Şəkərin tərkibində ən ziyanlı maddə saxarozadır. Saglamolun.az bildirir ki, akademik İoffe saxarozanı daha faydalı qlükoza və fruktozaya çevirmək üçün çox sadə resept fikirləşib.

Faydalı şəkərin resepti:

Bizə lazım olacaq: 200 qr bal, 200 qr su, 750 qr şəkər tozu. Bunları qarışdırın, şüşə bankaya tökün, 8 gün ərzində ev temperaturunda qaranlıq yerdə saxlayın, gündə 3 dəfə taxta qaşıqla qarışdırın.

9-cu gün balın təsirindən saxaroza qlükoza və fruktozaya çevriləcək. Bu faydalı meyvəli şəkərdir.

Gün ərzində 4-6 ç.q. istehlak edə bilərsiniz.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar