Keçmiş Britaniya gözəli Daniel Loyd (Danielle Lloyd) dəfələrlə sinə böyütmə əməliyyatı keçirməsinə baxmayaraq hazırda qadınlara bu əməliyyatı qəti surətdə tövsiyə etmir.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb gecə saatlarında modelin sinəsindəki silikonların partlamasıdır.
BBC kanalında yayımlanan "Desert Island discs" verilişinə qatılan model başına gələn qorxulu olaydan danışıb.
"Səhər açılanda hər yerim qan içində idi. Gecə yuxudaykən silikonlarım partlamışdı. Yarım litrə yaxın qan itirmişdim, xəstəxanaya vaxtında çatdırılmasaydım, qanaxmadan öləcəkdim", - Daniel aparıcıya söyləyib.
Saglamolun.Az