Soyuqdəymə və qriplə bağlı 3 MƏŞHUR MİF

Bu gün soyuqdəymə və qrip haqqında çoxlu məlumatlar olsa da, hələ də insanların inandığı bir çox mif var.

Onlardan bəzilərini sizə təqdim edirik:

Mif 1: Soyuqdəymə zamanı süd məhsullarından istifadə etməyin

Bu, əlbəttə ki, mifdir. Lakin nəzərə almaq lazımdır ki, məsələn, süd içmək bəlğəmi qatılaşdıra bilər, bu da nəfəs almağı çətinləşdirir. Beləliklə, öskürək varsa, süd işməyin.

Lakin öskürək yoxdursa və ya öskürək qurudursa, əksinə süd için.

Süd məhsullarına (qatıq, kefir, kəsmik və s.) gəldikdə isə soyuqdəymə zamanı onlar çox faydalıdır, orqanizmə güc verir, xəstənin vəziyyətini yüngülləşdirir.

Mif 2: Əgər qızdırma yoxdursa, yoluxucu deyilsiniz

Həm soyuqdəymə, həm də qrip çox yoluxucudur və yüksək hərarətin başqalarına yoluxma riski ilə heç bir əlaqəsi yoxdur.

Amerika CDC-nin məlumatına görə, yetkin yaşa çatmış sağlam şəxslərin əksəriyyəti qızdırma nə qədər yüksək olursa olsun, qrip simptomlarının başlamasından bir gün əvvəl və beş gün sonra başqalarına yoluxdura bilər.

Mif 3: Nəm saçla çölə çıxsanız, xəstələnə bilərsiniz

Təbii ki, yaş saçlara görə qripə yoluxmaq mümkün deyil. Amma yaş saçla çölə çıxmamaq xəbərdarlığı məntiqlidir. Bu çox ziyanlıdır, ciddi sağlamlıq problemlərinə (sinir iltihabı, baş ağrıları və s.) səbəb ola bilər. /gent.az

Saglamolun.Az