Havaların istilənməsi ilə istifadə edilən aksessuarlaran ən önəmlisi günəş eynəkləridir. Mütəxəssislər bununla bağlı xəbərdarlıq ediblər. Günəş eynəklərini seçərkən diqqətli olmalı, keyfiyyətli olmasından əmin olmalıyıq. Saxta eynəklər gözlərdə kataraktın inkişafını sürətləndirə bilər.
Vətəndaşlara xəbərdarlıq edən mütəxəssislər bazarda satılan keyfiyyətsiz və markasız eynəklərin seçilməsinin gələcəkdə böyük sağlamlıq problemlərinə səbəb ola biləcəyini qeyd ediblər.
Bununla bağlı türkiyəli mütəxəssis Oğuzhan Genç bəzi məqamlara diqqət çəkib.
“Yay aylarında və ya yaz aylarında ən çox rast gəlinən göz xəstəliklərindən biri göz allergiyasıdır. Göz allergiyası ətraf mühitin tozcuqları, polen və ya digər faktorları səbəbindən gözdə qaşınma, ağrı və qızartı ilə irəliləyən bir xəstəlikdir. Həm göz allergiyası olan xəstələrə, həm də digərlərinə günəş eynəklərindən istifadəni tövsiyə edirik. Amma ucuz, materialının nədən olduğu bilinməyən eynəklərdən istifadə etmək tövsiyə olunmur. Tünd rəngli gün eynəyi taxdıqda göz bəbəklərimiz sanki qaranlıqdaymış kimi genişlənir. Bu səbəbdən günəş şüaları gözə adi haldan qat-qat çox daxil olur. Bu zaman eynəyin şüşəsi ultrabənövşəyi şüaları süzmək qabiliyyətinə malik deyilsə, əks effect göstərərək daha çox zərər verə bilər. Ultrabənövşəyi şüalar retinaya, gözün arxasındakı sinir təbəqəsinə daxil olur və oradakı hüceyrələrdə degenerasiyaya uğrayaraq məhv olur”,-deyə həkim bildirib.
Mütəxəssis onu da vurğulayıb ki, orijinal gün eynəklərində bu filtrlər var. Ucuz və keyfiyyətsiz günəş eynəyi taxmaqdansa, açıq gözlə gəzmək daha yaxşıdır. Orijinal olmayan saxta eynəklər gözün obyektivinə təsir edə bilər və kataraktların inkişafını sürətləndirə bilər.
medicalmedia.az
Saglamolun.Az