Bel ağrısını yox edən stul. 700 illik arxeoloji tapıntı

Bursanın İnegöl qəsəbəsində mebel sexi işlədən Sərdar Şahin, araşdırma apararaq bel və kürək ağrısına yaxşı təsir edən 700 il əvvəl primitiv üsullarla hazırlanan kürsünü yenidən üzə çıxardı.

Şahin, ağrılarına yaxşı təsir edən kürsünün patentini də  aldı və ardıcıl istehsala başladı.

Şerg.az türk mediasına istinadən xəbər verir ki, mebelçiliklə məşğul olan Sərdar Şahinin 2018-ci ildə bel ağrısı başlayır. Bu müddətdə internetdə araşdırma aparan Şahin, bir arxeoloqun paylaşmalarında gördüyü İndoneziyada 700 il əvvəl hazırlanan oturacağın bel ağrısını aradan götürdüyü iddia edilən "Hernia Lumber" adı verilən kürsünü tapdı. ​

Serdar Şahin: "Təxminən 700 il əvvəlinə aid "Hernia Lumber" adlı oturacaq, qadın bir arxeoloq tərəfindən İndoneziyada kəşf edilir. Araşdırma apararkən bu kürsünü tapıb, yenidən ortaya çıxardıq. Mən istifadə etdim, bel və kürək ağrılarıma müsbət təsir etdi. Bu oturacaq ağrıları aradan qaldırır. İstehsalı və istifadəsi sadə olan bir kürsü, iki parçadan əmələ gəlir".

Kürsünün patentini alan, ortağı Öndər Torun ilə istehsala başladıqlarını ifadə edən Şahin, "10 kilo ağırlığındadır, hər vaxt yanınızda daşıya biləcəyiniz bir kürsüdür. Hər axşam televiziyanın qarşısında 20 dəqiqə oturduqdan sonra, səhərə qədər yatağımda rahat bir yuxu yatıram" deyə bildirir.

Saglamolun.Az