Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməməlidir

Yüksək təzyiq insan sağlamlığı və həyatı üçün çox təhlükəlidir. Hipertoniyanı mütləq müalicə etmək lazımdır.

Bu məqsədlə müəyyən dərman preparatları, fiziki aktivlik və pəhriz istifadə olunur.

Mütəxəssislər qeyd edir ki, hipertoniyadan əziyyət çəkənlər bəzi məhsulları qidalanmadan tam çıxartmalıdır. Bu hansı məhsullardır?

Saglamolun.az Times Now portalına istinadla xəbər verir ki, bu ilk növbədə duzlu məhsullara (müxtəlif şorabalar, duzlu, hisə verlmiş məhsullar, çipsi, suxari və s.) aiddir. Duzun miqdarını azaltmaq lazımdır. Lakin duzdan tam imtina etmək düzgün deyil.

Kolbasa, sosis, vetçina, müxtəlif yarım-fabrikatlar, fast-fud kimi qidalar duz, trans-yağlar, konservantlar və s. ziyanlı maddələrlə zəngindir ki, onların müntəzəm istehlakı təzyiqi qaldırır.

Şəkər damarların birinci düşmənidir. Şəkər damarlarda xroniki iltihab yaradır, onları zəiflədir, damarlarda xolesterinin yığılması prosesini stimullaşdırır. Bütün bunlar isə təzyiqin artmasına səbəb olur.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...