İnfarkt bütün dünyada ölümə yol açan 1 nömrəli sağlamlıq problemidir.
Xalq arasında infarkt dedilən xəstəliyin əslində tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır.
İnfarktların çoxu koronar arterlərdə (ürək əzələsinə qan və oksigen daşıyan arteriyalar) yaranan laxtalar (trombus) səbəbiylə meydana gəlir. Laxtalar ümumiyyətlə, ateroskleroz nəticəsində meydana gələn dəyişikliklərə görə daralmış koronar arterlərdə yaranır. Arter divarının içindəki aterosklerotik val bəzən çatlayır və bu da laxta yaranmasına səbəb olur.
Koronar arter xəstəliklərinin və infarktın risk amilləri ümumiyyətlə ürək damar xəstəlikləri risk faktorlarının eynisidir.
Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.
Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.
Alimlər çoxsaylı tədqiqatlara dair materialları təhlil edib belə bir nəticəyə gəliblər ki, uşaqlıq illərində keçirilən sarsıntılarla da yaşlı dövrdə yaranan problemlər arasında ciddi əlaqə var.
Harvard Universitetində aparılan araşdırma zamanı məlum olub ki, kəskin ürək tutmalarının az qala yarısı (45%-i) sakit və ya hiss edilməyən infarkt (SMI - silent myocardial infarction) olaraq meydana gəlir və daha çox kişilərdə olur.
Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı proqnozlaşdırılır.
Sevinc Hüseynova
Saglamolun.Az