Toy üçün böyrəyini satan ukraynalı öldü

20 yaşlı Lvov vilayətinin sakini toy mərasimini təşkil etmək üçün böyrəyini satıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı tsn.ua portalı məlumat yayıb.

Məlumata görə, o, toydan əvvəl “qazanc” əldə etmək üçün xarici ölkələrdən birinə gedib və böyrəyini 15 min dollara satıb.

Möhtəşəm toy mərasimindən 30 gün sonra gənc ölüb.

Yaxınları və həyat yoldaşı hadisədən gəncin ölümündən sonra xəbər tutublar.

Saglamolun.Az