Statistika göstərir ki, dünyada hər 7-ci cütlük hamiləliklə bağlı problemlər yaşayır. 40-50% hallarda bunun səbəbi kişi sonsuzluğudur.
Saglamolun.az BBC-yə istinadla xəbər verir ki, bəzi məhsullar spermanın keyfiyyətini yaxşılaşdırır və bununla da sonsuzluq problemini həll etməyə kömək edir. İlk növbədə söhbət çərəzlərdən gedir.
Araşdırmalar göstərir ki, gün ərzində badam, qoz və fındıq yeyən kişilərdə spermanın bütün göstəriciləri xeyli yaxşılaşır. Belə ki, spermatozoidlərin sayı 14%, hərəkətliliyi - 6%, həyat qabiliyyəti 4% artır.
Belə effekt almaq üçün kişi 2 həftə ərzində hər gün 2 ovuc çərəz qarışığını yeməlidir.
Saglamolun.Az