Oğlumun ölüsünü mənə göstərmədilər... - Roza

Müğənni Roza Zərgərli doğularkən ölən oğlu haqda etiraf edib.

Axşam.az bildirir ki, sənətçi "Bizimləsən" verilişində bildirib ki, hər zaman övladının ölmədiyini düşünür:

"Bənövşəm əkiz doğulub, o biri uşaq oğlan idi. 20 il qabaq doğulub... Çətin əməliyyat oldu, doğulanda gördüm. Sağ idi...

Sonra reanimasiyaya düşdüm, əməliyyat olundum, 3 gün sonra ayıldım. Onda dedilər ki, uşaq öldü. Mənə ölüsünü göstərmədilər. Hər zaman düşünürəm ki, övladım hardasa yaşayır. Kaş çıxıb gələrdi ki, yaşayır".

Saglamolun.Az