Hamilə ikən leykoz xəstəliyinə yoluxan Brianna Roulinqs abort etdirib xərçəngdən müalicə olunmalı idi.
Ölkə.az bildirir ki, körpənin tələf olmasına razılaşmayan qadın müalicəni rədd edib dünyasını dəyişdi.
19 yaşlı qadın bir neçə gün əvvəl dünyasını dəyişib. Roulinqs leykoz xəstəsi olduğunu öyrənəndə artıq 17 həftəlik hamilə idi. Həkimlər bildiriblər ki, abort edərək onu müalicə edə bilərlər. Amma Brianna bu təklifi rədd edib.
Yüksək hərarət və şiddətli ağrılara dözən Roulinqsdən bətnindəki körpəsinə infeksiya yoluxub və körpə 3 ay erkən dünyaya gəlib. Gənc qadın övladını Kayden adlandırıb. Amma bu körpə cəmi 12 gün yaşaya bilib. Xərçəng xəstəliyi ilə yanaşı övlad acısı da yaşayan ana özünü yaxşı hiss etdiyini deməkdən vaz keçib. Onun vəziyyəti birdən-birə ağırlaşıb.
Onu sağlamlığına qovuşdurmaq üçün ianə toplansa da, Brianna xərçəngə məğlub olub.
Saglamolun.Az