Загрузка...

Səhər bunları yeməyin!

Səhər yeməyi ən vacib qida qəbuludur. Düzgün səhər yeməyi insanı gümrah edir, iş qabiliyyətini artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsi proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.

Lakin bunun üçün səhər yeməyi tamdəyərli olmalı, qidalar düzgün seçilməlidir.

Səhər yeməyi üçün uyğun olmayan qidalar bunlardır:

1. Şirniyyatlar, un məmulatları - tort, pirojna, peçenye, bulka və s. Bu qidalar qanda şəkərin səviyyəsini kəskin qaldırır və sonra kəskin endirir ki, insan tez bir zamanda acır.

2. Təzə meyvə və tərəvəzlər. Tək meyvə və ya tərəvəz salatı səhər yeməyi üçün çox pis seçimdir. Acqarına yeyilmiş çiy meyvə və ya tərəvəzlər həzm sistemində müxtəlif pozulmalara səbəb ola bilər. Meyvələri sıyıqlara əlavə etmək olar.

3. Kolbasa və sosis. Bu qidalar ümumiyyətlə çox ziyanlıdır. Dünyada aparılmış araşdırmalar bu qidaların  kanserogen (xərçəng əmələ gətirən) təsirini təsdiq edib.

4. Hazır səhər yeməkləri. Dükanlarda satılan və "sağlam qida" kimi təqdim olunan hazır səhər yeməklərinin tərkibində müxtəlif kimyəvi əlavələr (aromatizatorlar, boyaq maddələri və s.) çoxdur. Həmçinin onlar çox şirindir.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика