Amerika tədqiqatçıları onkoloji xəstəliklərin müalicəsində bəzi dərman preparatlarının faydasından danışıblar.
Məlum olub ki, aspirin və ibuprofen xərçəng şişlərinin əmələ gəlməsi zamanı həyatın xilas edilməsində böyük əhəmiyyətə malikdirlər.
AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin əməkdaşlarının apardıqları bir sıra tədqiqatların nəticələri populyar ağrıkəsicilərin daha bir faydalı xassəsini göstərib. Belə ki, ibuprofen və aspirinin qəbulu xərçəng xəstələrinin şansını qismən artırır. “Daily Star” nəşrində dərc edilən məqalədə bildirilir ki, bu dərmanlar onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərin sağ qalma ehtimalını yüksəldir.
Eksperimentlərin statistikası xəstəliyin 50 faizdən çox (25 faizdən 78-dək) artan təsirini göstərib. Keyidici dərmanların qəbulu beyin və boyunda onkoloji şişləri olan pasiyentlərin sağ qalma ehtimalını yaxşılaşdırıb. Alimlərin fikrincə, bu məsələdə dəyişdirilmiş gen - PIK3CA böyük rol oynayıb. Məhz ona aspirin və ibuprofenin təsiri olub. Daha əvvəl bu mövzuda bənzər elmi işlər mövcud olmayıb. Bu, ağrıkəsici maddələrin və onların əksər hallarda xəstənin ölümü ilə nəticələnən bədxassəli yenitörəmələrin inkişafı və təcridi ilə əlaqəsinin öyrənilməsi sayəsində mümkün olub.
Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) PIK3CA mutasiyalı insanlarda ölüm hallarının faizini qismən azaltmaq qabiliyyətinə malikdir. Bununla belə, sağ qalma ehtimalının miqdarı o dərəcədə yüksəkdir ki, bu, yaxın vaxtlarda tibb işçiləri tərəfindən yeni üsulun işlənib hazırlanmasına və klinik sınaqlara başlamalarına heç bir şübhə yaratmır.
Yarım il ərzində aşkar üstünlüklər və onların pasiyentlərin sağlamlığına faydalı təsiri öyrənilib. Keyidici dərmanların tərkibindəki prostaqlandin E2-nin molekulları iltihabı azaldır və şişlərin inkişafını təcrid edir.
Saglamolun.Az