Bir müddət öncə Fransanın Sanitar təhlükəsizlik məsələləri üzrə Milli Agentlinin uşaq bezləri ilə bağlı açıqladığı dəhşətli hesabat Fransada valideynlərin ciddi narahatlığına səbəb olub.
Sherg.az-ın liberation.fr-ə istinadən xəbərinə görə, sözügedən hesabatda qeyd olunur ki, bəzi uşaq bezləri hazırlanarkən onun tərkibinə təhlükəli kimyəvi maddələr vurulur ki, bu maddələr uşağın sağlamlığına ciddi ziyan vuru.
Bundan başqa məlumatda o da vurğulanır ki, bu kimyəvi maddələr kanserogendir, yəni xərçəngin inkişafına səbəb olur.
Qeyd edək ki, Fransa hökuməti valideynlərin bu narahatlıq və narazılığına dərhal reaksiya verib.
Səhiyyə naziri Anye Büzin Ekologiya naziri Fransua dö Riqi, İqtisadiyyat və maliyyə naziri Bruno Lö Merə bu işin araşdırılması və problemin dərhal aradan qaldırılmasına dair ciddi tapşırıqlar verib. Nazirlər isə uşaq bezlərindən həmin kimyəvi maddələrin çıxarılması ilə bağlı məsələyə 15-gündür başladıqlarını bildiriblər.
Rəqabət, İstehlakçı İşləri və yalanla Mübarizə İdarəsinin rəhbərliyi isə bu işə nəzarəti gücləndirəciyini açıqlayıb və ciddi araşdımalardan sonra altı ay ərzində məsələyə dair dəqiq hesabat hazırlayacağını bəyan edib.
Saglamolun.Az