Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub.
Unikal.org bildirir ki, o, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.
Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov yenidən əməliyyat olunub.
Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir.
Saglamolun.Az