Türkiyədən elm adamları şiş hüceyrələrində xərçəng olub-olmadığını bədənin istiliyinə görə təyin edə biləcək yeni bir texnologiya ixtira ediblər.
Sfera.az xəbər verir ki, xərçəng diaqnozu zamanı mamoqrafiya və ultrasəs müayinəsinin (UZİ) kéçirilməsi kimi üsullara alternativ olaraq qiymətləndirilən yeni texnologiya ABŞ-ın patentini alaraq tibb tarixində bir ilk olub.
Ortadoğu Texnik Universiteti (ODTÜ) Elektrik və Elektron Mühəndisliyi kafedrasında professoru Nevzat Gençer bildirib ki, yeni ixtira insan bədənində temperatur dəyişikliyi zamanı xərcəngin ilkin əlamətlərini bir dəqiqəyə aşkar edəcək.
Saglamolun.Az