Xatirə 10 kilo çəkini necə atıb?

Qarşıma məqsəd qoymuşam və bir çox yemək növləri ilə vidalaşmışam. Ömür boyu dolu bir xanım olmuşam.

Amma heç vaxt belə kökəlməmişdim. Özümə söz vermişəm, ideal bir bədənim olacaq.

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Xatirə İslam 10 kq çəki atmasından danışarkən bildirib. O, sosial mediada yazıldığı kimi arıqlatmağa kömək edən çaydan istifadə etmədiyini qeyd edib:

"Bir də görürsüz ki, İnstaqram səhifələrində mənim şəklimi paylaşırlar, müxtəlif arıqlamağa kömək edən çayların adlarını qeyd edirlər. Guya mən həmin məhsulları içib açıqlamışam. Bu, yalandır, böyük səhv edib belə şeylər paylaşırlar. Mən nə çay, nə də arıqlama dərmanlarından istifadə edirəm. Sadəcə olaraq, pəhriz tuturam, yeməklərimə diqqət edirəm".

Saglamolun.Az