Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır.
Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir.
Əksər hallarda pnevmoniya qripp və soyuqdəymə xəstəlikləri fonunda inkişaf edir. Hal hazırda yayılmaqda olan "donuz qripin"in əsas təhlükəli ağırlaşması məhz sətəlcəmdir.
Pnevmoniyanın ilk simptomları:
- Öskürək (quru, arası kəsilməyən, daimi). Nadir hallarda sətəlcəm zamanı öskürək tək-tük və zəif ola bilər.
- Xəstənin vəziyyətinin kəskin pisləşməsi. İstənilən virus xəstəliyi 7 gündən artıq çəkmir və xəstənin vəziyyəti tədricən yaxşılaşır. Əgər soyuqdəymə və ya qripp başladıqdan 4-7 gündən sonra xəstənin vəziyyəti birdən-birə yenə pisləşməyə başlayıbsa (hərarət yenidən qalxmağa başlayır və s.), bu əksər hallarda sətəlcəmin inkişafının simptomudur.
- Yüksək hərarət (39-40 C). Bu zaman adi hərarətsalan dərmanlar lazım olan təsir etmir. Bu da sətəlcəmin əsas simptomlarından biridir.
Lakin bəzən (atipik pnevmoniya zamanı) hərarət yüksək olmaya bilər (37,1-37,5 C kimi). Bu səbəbdən xəstəliyin digər simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət edin. Son zamanlar atipik pnevmoniyanın halları çoxalır.
- Zəiflik, halsızlıq.
- Dəri örtüklərinin solğun olması.
- Təngnəfəslik.
- Dərin nəfəsalma zamanı döş qəfəsində ağrılar.
- Tərləmənin artması (xüsusilə gecə saatlarında).
Pnevmoniya çox tez inkişaf edən xəstəlikdir. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Bu halda xəstəlik daha tez və asan müalicə olunacaq.
Faydalı məlumat 21-04-2018 /237
Psixologiya 21-04-2018 /80
Həzm orqanları 21-04-2018 /476
Xalq təbabəti 20-04-2018 /1323
XƏBƏRLƏR 20-04-2018 /300
XƏBƏRLƏR 20-04-2018 /166
Sağlam qida 20-04-2018 /365
XƏBƏRLƏR 20-04-2018 /638
XƏBƏRLƏR 20-04-2018 /291
XƏBƏRLƏR 20-04-2018 /258
20-04-2018 /7861
19-04-2018 /2892
19-04-2018 /1802
20-04-2018 /638
20-04-2018 /637
09-04-2018 /10617
02-04-2018 /8853
08-04-2018 /8665
12-04-2018 /7982
20-04-2018 /7861
22-03-2018 /6556