Загрузка...

Günəbaxan və balıq yağlarının gözlənilməyən ZƏRƏRİ açıqlanıb

Qranad Universitetinin alimləri müəyyən ediblər ki, günəbaxan yağında bişirilmiş yeməklərdən və balıq yağından uzun müddət istifadə edilməsi qara ciyərdə ciddi problemlərə səbəb olur.

Azertag.az bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağlarının, habelə balıq yağının siçovulların qara ciyərinə təsiri ilə bağlı uzunmüddətli kompleks analiz aparıblar. Xüsusilə, mütəxəssislər telomerlərin uzunluğunu ölçüb, elektron mikroskopun köməyi ilə orqandakı ultrastruktur dəyişiklikləri izləyiblər.

Alimlər müəyyən ediblər ki, zeytun yağı ilə qidalanan siçovul qrupunun qara ciyəri daha sağlam olub. Öz növbəsində, günəbaxan yağı fibroz və ultrastruktur dəyişikliklərə gətirib çıxarıb. Balıq yağı isə yaşla bağlı qıcqırma prosesini artırıb, telomerlərin uzunluğunu dəyişib və elektronların mitoxondriyalara keçməsinin tənəffüs prosesini ləngidib. Həmçinin günəbaxan və balıq yağları metabolik qeyri-alkoqol steatohepatitlə xəstələnmə şansını yüksəldib.

Telomerlər xromosomların uc sahələridir və onların qısalması qocalma, uzanması isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir.

Metabolik qeyri-alkoqol steatohepatit qara ciyərdə sərbəst radikal turşuluğun fəallaşması ilə triqliseridlərin normadan artıq yığılmasına və hüceyrə membranlarının zədələnməsinə səbəb olur. Müvafiq müalicə aparılmadığı halda steatohepatit qara ciyərin sirrozuna çevrilir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика