Artıq çəkidən əziyyət çəkən insanların beyni kiçik olur - Araşdırma

Piyli qarınlı kişilərin və bel hissəsi yağlı olan qadınların beyin ölçüsünün kiçik olduğu aşkarlanıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, araşdırmalara görə, bel hissəsində piylənmə olan insanların beyinləri ölçü olaraq normadan kiçikdir.

Bu barədə məlumatı "Neurolohy" dərgisi yayıb.

İngiltərənin Lesterşir qraflığında yerləşən "Loughborough" Universitetinin professoru Mark Harmer artıq çəkidən əziyyət çəkən insanların beyin ölçülərinin kiçik olduğunu söyləyib. O bildirib ki, həmin insanlarda yaddaş zəifləməsinə və kəmağıllıq (demensiya) xəstəliyinə daha çox rast gəlinib.

Onun dediyinə görə, bel ətrafındakı piylənmə boz beyin hüceyrələri ilə əlaqəlidir:

"Ancaq hələ bilinmir ki, piylənmə beyin kiçilməsinə səbəb olur, yoxsa kiçik beynin bədəni piyləndirir. Bunu dəqiqləşdirmək üçün yenə də araşdırmalar aparacağıq"

Saglamolun.Az

........




loading...

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика