Şəki sakini yemək üçün aldığı vaflidən istifadə edə bilməyib.
Çünki mağazadan aldığı vafli yanmağa başlayıb.
Xəzər Xəbər-in məlumatına görə, yayılan görüntülərdən aydın olur ki, vafli sanki plastik bir maddə kimi yanaraq əriyir.
Görüntülərlə tanış olan qida mühəndisi İsa Əliyevin sözlərinə görə, bu məhsulun belə yanmasına səbəb vaflinin içərisinə vurulan kimyəvi maddə olub.
İsa Əliyev bildirir ki, bu cür maddələrin qida məhsullarına qatılması insan orqanizimində bir sıra fəsadların yaranmasına gətirib çıxara bilər.
Qida mühəndisləri sertifikatı olan məhsulları almağa tövsiyə edir.
Saglamolun.Az